"Exit-pollar”ın nəticələri AÇIQLANDI: Gürcüstan prezidenti…

28/10/2018 - 22:04 8 665 0   0  

Gürcüstanda prezident seçkiləri ilə bağlı keçirilmiş "exit-pollar"ın nəticələri açıqlanıb.

Suveren.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “Rustavi2” televiziya kanalının sifarişi əsasında keçirilmiş "exit-poll"un nəticəsinə əsasən, prezident seçkilərinin ikinci turu gözlənilir.

“Exit-poll”un nəticələrinə görə, namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib. İkinci turun müxalifətçi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze və müstəqil namizəd, Hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili arasında keçiriləcəyi gözlənilir. Onların hər biri 40 faiz səs toplayıb. “Exit-poll”un nəticələrinə əsasən, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10 faiz səs toplayıb.

Hakim “Gürcü Arzusu” Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə isə Salome Zurabişvili 52,3, Qriqol Vaşadze 28,1, David Bakradze isə 9,2 səs toplayıb.

Digər bir sorğunun nəticələrinə görə, Qriqol Vaşadze 37, Salome Zurabişvili 34, David Bakradze isə 17 faiz səs yığıb.

Məlumat üçün qeyd edək ki, seçici bülletenlərində Mərkəzi Seçki Komissiyasında rəsmi qeydiyyatdan keçmiş 25 namizədin adı var. Onlardan iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya artıq namizədliklərini geri çəkiblər.

Bu seçkilər dövlət başçısının sonuncu birbaşa seçimi olacaq. Prezident 6 il müddətinə seçiləcək.