Evdən 1500 dollar oğurlayan qadın saxlanıldı

02/02/2019 - 20:18 13 441 0   0  

Bakıda evdən 1500 dollar oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazindəki evlərin birindən 1500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənəliyeva saxlanılıb.