Ermənistandakı parlament seçkilərinə Moskvadan ilk reaksiya gəldi - Putin yenə də təbrik etmədi

13/12/2018 - 14:29 865 0   0  

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Ermənistanda keçirilən növbədənkənar seçkilərlə bağlı Nikol Paşinyanı təbrik etməyib. Bu gün rəsmi Moskvadan bununla bağlı ilk reaksiya gəlib. Reaksiya isə ölkə başçısı Putindən deyil, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan gəlib.

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, xanım siyasətçi qeyd edib ki, rəsmi Moskva Ermənistanın yeni parlamenti və yeni hökuməti ilə konstruktiv dialoq aparmağa hazırdır.
"Məqsədimiz iki ölkə arasında, Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB çərçivəsində qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir". Zaxarova belə deyib.
AzNews.az qeyd edir ki, rəsmi Yerevan parlament seçkiləri ilə bağlı Vladimir Putinin təbrik məktubunu gözləyir. Hələlik isə təbrik yerinə xanım siyasətçidən quru reaksiya gəlib. Görünür, Moskva Ermənistandakı seçkilərin niyə və necə keçirilməsindən yaxşı xəbərdardır. Belə olmasaydı, ilk təbrik seçki bitən günü Kremldən gələrdi. Gəlməyibsə, deməli heç vaxt gəlməyəcək...