Ermənistanda son 10 ildə 8 nəfər dövlətə xəyanət və casusluğa görə mühakimə olunub

21/01/2019 - 10:54 2 404 0   0  

Ermənistanda son 10 ildə 8 nəfər dövlətə xəyanət və casusluqda itiham olunaraq, mühakimə edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlardan 7 nəfəri Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə təqsirkar bilinib.

Hamısı Ermənistan vətəndaşı olan həmin şəxslər 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu maddə üzrə sonuncu məhkəmə prosesi 2017-cü ildə keçirilib. 2014-cü ildə isə Rafik Papoyand adlı Ermənistan vətəndaşı Azərbaycanın xeyrinə cəsusluq etdiyi üçün 14 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə İran vətəndaşı Behnam Baqeri Azərbaycanın xeyrinə casusluq etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu iş üzrə Ermənistan vətəndaşı Gebork Ayrapetyan isə 12 il həbs cəzası alıb.

Məlumata görə, 1993-cü ildən indiyədək Cinayət Məcəlləsinin dövlətə xəyanət və casusluq maddələri ilə 20 nəfərdən çox Ermənistan vətəndaşı mühakimə edilib. Dövlətə xəyanət maddəsi ilə günahlandırılan şəxsə əmlakı müsadirə olunmaq, yaxud olunmamaqla 10 ildən 15 ilədək iş kəslir. Casusluğa görə isə, 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilir.