Ermənistanda oğurluq elə baş alıb ki... - Polis rəis müavininin evi qarət edilib

21/12/2018 - 17:48 793 0   0  

Ermənistanın Baş Polis İdarəsinin rəis müavini Hovhannes Koçaryanın mənzilindən dəyəri 3 milyon dramdan çox olan qızıl oğurlanıb.

Trend-in məlumatına görə, bunu erməni mətbuatına rəis müavini H.Koçaryan özü deyib.
O qeyd edib: "Mənim bütün əmlakım bundan ibarətdir. Oğru mənzilin mənə məxsus olduğunu bildiyi üçün ora girib, ya yox? Hazırda bu versiya yoxlanılır. Hansısa yolla açar düzəldərək qapını açıblar və gizli nəsə axtarıblar, bütün əşyaları da sındırıblar".
Rəis müavini dəyiş ziyanın miqdarının dəqiqləşdirilməsi üçün ekspertiza təyin edildiyini bildirib.
Qeyd edək ki, 1000 dram təqribən 2 ABŞ dolları təşkil edir.