Ermənistanda millətçilərin rəhbəri azadlığa buraxıldı

06/11/2018 - 15:21 1 837 0   0  

Ermənistanda “Tsexakron” millətçi partiyasının lideri Şant Arutyunyan amnistiya əsasında azadlığa buraxılıb
Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, bu barədə vəkil İnessa Petrosyan məlumat verib.
Xatırladaq ki, 2014-cü ilin oktyabr ayının 17-də “Tsexakron” millətçi partiyasının lideri Şant Arutyunyan polisə müqavimət göstərdiyi üçün 6 il müddətinə həbs cəzasına məhkum edilmişdi. 5 noyabr 2013-cü il tarixində o, prezident sarayına doğru yürüş təşkil etməyə çalışmış və hüquq-mühafizə orqanları əməkdaşları ilə dalaşmışdı.
Onun 15 yaşlı oğlu Şagen isə 4 illik şərti həbs edilmişdi. Daha 11 nəfər 1 ildən 7 ilə qədər həbs cəzası almışdı. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişməmişdi.