Ermənistanda erkən parlament seçkiləri keçirilir

09/12/2018 - 09:42 547 0   0  

Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.

Suveren.az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla 08:00-da bütün ölkə üzrə 2010 seçki məntəqəsi açılıb.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək. Xaricdə olan vətəndaşlar ölkəyə qayıtmadan seçkilərdə iştirak edə bilməyəcəklər.
Rəsmi məlumatlara görə, seçkilərdə bütün ölkə üzrə 2,5 milyondan çox insan səs verə bilər.
Bundan əvvəl Ermənistanda "sükut günü” elan olunmuşdu.