Ermənistan səhiyyə nazirinin keçmiş müavini tutulub

07/03/2019 - 18:02 9 208 0   0  

Ermənistanın İstintaq Komitəsi ölkənin səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyanı saxlayıb.

“Repor” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətindən bildirilib.
O, Vərəmə Qarşı Milli Mübarziə Mərkəzində aşkarlanan mənimsəmə faktı üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Keçmiş nazir müavini 2011-ci ilin dekabrından 2016-cı ilin noyabrınadək QİÇS-in aradan qaldırılması üzrə tibbi yardım proqarmının reallaşması prosesində vəzifədən sui-istifadə etməkdə ittiham olunur. Cinayət işi üzrə istintaq davam edir.