Ermənistan hökumətinin binasını mühasirəyə aldılar - Aksiya

21/11/2018 - 22:31 2 818 0   0  

2016-cı il aprel müharibəsinin onlarla iştirakçısı çərşənbə günü Yerevanın mərkəzində Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası təşkil edib.

Suveren.az “Sputnik Armenia”ya istinadən bildirir ki, onlar etiraz əlaməti olaraq Respublika meydanı ilə kəsişən küçələrdən birini blokadaya almağa çalışıblar, amma polislər nümayişçilərə hədəflərinə nail olmağa imkan verməyiblər.

"Nə vaxt ki, cənab baş nazir küçələri bağlayırdı ("məxmər inqilab"ın lideri Nikol Paşinyanın başçılığı ilə 2018-ci ilin aprelində keçirilən kütləvi aksiyalar nəzərdə tutulur-red.), insanlar bütün regionlardan onu dəstəkləməyə gəlirdilər və indi biz tələb edirik ki, o bizi dəstəkləsin və bizim məsələmizi həll etsin”, - deyə döyüş əməliyyatlarının Tiqran adlı iştirakçısı polislərin küçəni bloklamamağa çağırışlarına cavab olaraq bildirib.

Etiraz aksiyasına qatılanlar aprel müharibəsində iştirak haqqında onların hərbi biletlərinə qeyd əlavə olunmasını, həmçinin əlverişli şərtlərlə lazımi tibbi yardımla təmin edilmələrini və təhsil haqlarının azaldılmasını tələb ediblər.

Etiraz aksiyasının iştirakçıları Yerevanın mərkəzi küçələrindən keçərək tələblərini səsləndirib və baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısından gözləntilərini dilə gətiriblər.