Ermənistan hökuməti "Qazprom"la razılığa gəldi

22/01/2019 - 19:26 13 447 0   0  

Ermənistan hökuməti qazın daxili tariflərini saxlamaqla bağlı “Qazprom”la razılığa gəlib.

Bunu baş nazir Nikol Paşinyan Davos forumu çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir bildirib ki, “Qazprom” qazı Ermənistana yox, “Qazprom Ermənistan”a satır: “Biz “Qazprom Ermənistan”la razılıq əldə etdik. Ölkə daxilində qazın qiyməti dəyişməyəcək. Yekun razılığa gəlmək üçün “Qazprom”la danışıqları davam etdirəcəyik. Bizim üçün qazın uzunmüddətli qiymətini razılaşdırmaq çox vacibdir”.(qafqazinfo)