"Ermənilərin torpaq qaytaracağına ümid edənlər bunları görsün və dərk etsinlər ki..."

17/03/2019 - 01:48 1 858 0   0  
"Biz buni etməsək, onlar əllərinə fürsət düşdükdə Azərbaycana elə bir zərbə vuracaqlar ki, bizim dövlətimiz belə, təhlükəyə düşəcək"
 
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında dünyanı şoka salan Yeni Zellandiya terrorundakı erməni izinə diqqəti yönəldib, Azərbaycanın atmalı olduğu addımları qabardıb:
"Həmin terroristin ermənilərlə bağlantısı olması şübhəsizdir. Bu terroristin bir müddət Türkiyədə yaşaması da müəyyən şübhələr doğurur. Özü də Soğomon Teyleryan tərəfindən Berlində Tələt paşanın öldürüldüyü günə təsadüf etməsi də düşündürücüdür. Bəlkə o həmin terroru Türkiyədə etmək çətinliyi qarşısında qalıb və yer olaraq uzaq bir məmləkət seçilib. Məncə bu olan bir mesajdır. Xristian-erməni birliyinin mesajı. Mən erməni televiziyalarına baxdım. Bu gün Teyleryan anılır və onun Tələt paşanı öldürməsi qəhrəmanlıq kimi vəsf olunur. Nemesis terror təşkilatının qurulmasından bəhs olunur. Sasma tzrer adlı örgüt bu gün bəyanat yayaraq Qars müqaviləsinin ləğv olunması tələbini irəli sürür. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların intensiv xarakter aldığı dövrdə baş verir. Ermənilər Göyçədən, Zoddan başlayaraq Xankəndinə qədər yürüşə hazırlaşırlar. Azərbaycana bir qarış torpaq verməyəcəyik, deyirlər. Bir iş adamı isə Rusiya kanalına çıxıb deyir ki, Azərbaycan müharibəyə risk etsə biz onları Xəzərin o biri sahilinə göndərəcəyik. Türkmənistana keçib getsinlər gəldikləri yerə. Ermənilərin yumsalacağına və Azərbaycana torpaq qaytaracağına ümid edənlər nəhayət bunları görsün və dərk etsinlər ki, torpaqları azad etməyin tək bir yolu var. Biz buni etməsək, onlar əllərinə fürsət düşdükdə Azərbaycana elə bir zərbə vuracaqlar ki,  bizim dövlətimiz belə, təhlükəyə düşəcək. Zatən Qarabağ məsələsinin bu şəkildə qalması əbədi təhlükədir. Dövlətimiz və millətimizin xilası Qarabağdan asılıdır".