Erməni təxribatçıları David Qareci məsələsini ikinci Dağlıq Qarabağ - gürcü-azərbaycanlı münaqişəsinə çevirməyə çalışırlar

20/06/2020 - 08:52 6 187 1   0  

Bu yaxınlarda ermənipərəst rus nəşri "Eadaily" “Azərbaycan Gürcüstan ərazilərini döyüşsüz işğal edir" adlı təxribat xarakterli məqalə yayımladı. Burada son vaxtlara kimi heç kimin tanımadığı “Gürcü ideyası” adlı təşkilatın lideri, erməni xüsusi xidmət orqanları tərəfindən satın alınmış gürcü siyasətçinin “Gürcüstan və dünya” nəşrinə verdiyi müsahibə yenidən tirajlanır. Məqalə “azərbaycanlıların hərəkəti işğal deməkdir” başlığı ilə çıxdı. 
Levan Çiçuanın yazısındakı böhtan və ağ yalanı açıqlamaq mənasızdır. Onun məqsədinin təxribat olduğunu başa düşmək üçün yazıdakı ayrı-ayrı ifadələrə baxaq:
"Azərbaycanlılar özlərini albanlarla bağlamağa çalışırlar, sanki onların alban mədəniyyəti ilə ortaq cəhətləri var. Məlumdur ki, albanlar Azərbaycanın hazırki ərazisində məskunlaşmışdılar, onlar pravoslav idilər. Böyük mədəniyyəti olan xalqın 5-ci əsrdə varlığına son qoyuldu. 100 il sonra assur monaxları Gürcüstana gəldilər və “mirvari" kimi Gürcüstana səpələndilər. Onlardan biri Qareciyə gələn, kilsənin əsasını qoyan, həmfikirlərini ətrafına toplayıb monastr kompleksi quran David Qareci idi. Bu günki azərbaycanlıların albanlarla, xüsusilə də David Qareci kompleksi ilə ümumi bir cəhəti yoxdur. İlham Əliyev öz ölkəsinin tarixi keçmişini Albaniya ilə bağlamağa çalışır ki, bu da Azərbaycan prezidentinin yalan və saxtakarlığı deməkdir. Albanların azərbaycanlılarla əlaqəsini dünyada heç bir alim qəbul etmir”.
Levan Çiçua burada özü-özünü təkzib edir. Yaxşı ki, o, “albanlar Azırbaycanın hazırkı ərazisində məskunlaşmışdılar, onların müstəqil dövləti, öz kilsələri və əlifbaları mövcud olub”, - deyə məqalədə bildirir. Belə ki, gürcü alimləri tərəfindən alban əlifbası ilə yazılmış tarixi abidələrin aşkar olunması və üzə çıxarılmasına qədər erməni saxtakarları iddia edirdilər ki, Qafqaz Albaniyası “Böyük Ermənistan”ın bir hissəsi olub.
Daha sonra Çiçua iddia edir ki, “böyük mədəniyyəti olan xalqın varlığına 5-ci əsrdə son qoyulub”.
Kim son qoyub? Harada son qoyub? Bu “son qoyma”ya dəlalət edən tarixi faktlar və sənədlər varmı?
Ümumiyyətlə maraqlıdır, əgər Levan Çiçuanın dediyi kimi, “5-ci əsrdə albanların varlığına son qoyulubsa”, o zaman 8-11-ci əsrlərdə, yəni albanların varlığına son qoyulandan 300-600 il sonra paytaxtı Şəki olan alban çarlığı necə meydana çıxdı? Yalan danışanda da əsaslı danışmaq lazımdır.
Və Levan Çiçuadan soruşmaq lazımdır - əgər alban çarlığı süquta uğradıldısa, bəs albanlar özləri hara yoxa çıxdılar? Axı albanların başqa ölkələrə köç etməsi haqda heç bir mənbə yoxdur. Onların kökünün kəsildiyi haqda da heç bir mənbə yoxdur. Buradan yalnız bir nəticə çıxır – albanlar heç yerə yoxa çıxmadılar, öz doğma yerlərində qaldılar. Onların bir hissəsi – udinlər öz dilini saxladı və günümüzə kimi gəlib çıxdı. 
Yeri gəlmişkən, “albanların yoxa çıxması” nəzəriyyəsinin tərəfdarları udinlər haqda susurlar və xatırltamırlar. Çünki bu fakt onların uydurmalarını yerlə-yeksan edir.
Albanların digər hissısi isə azərbaycan xalqının tərkibinə daxil olmuşlar. Bu faktı Qafqaz regionu xalqlarının tədqiqi ilə məşğul olan etnoqraflar istisnasız olaraq təsdiq edirlər. Əlbəttə, erməni alimlərindən başqa.
Belə çıxır ki, dünyada erməni “alim”lərindən başqa elm adamı yoxdur?
Həmçinin, Levan Çiçua ona görə narazıdır ki, “Hələ ki, bizim olan ərazidə Qarecoba bayramı zamanı, Gürcüstanın bütün güc strukturlarının qüvvələri səfərbər edilmişdilər, yəqin düşünmüşdülər ki, dindarlar azərbaycanlı hərbçilər ilə münaqişəyə girəcəklər”.
Normal dindarlar əlbəttə ki, təxribata uymazdılar. Amma erməni xüsusi xidmət orqanlarına işləyən xarici casuslar, həmçinin Çiçua və Nikoloz Mjavanadze kimi təxribatçılar açıq bəyan etdilər ki, onlar məbədin Azərbaycan ərazisində olan hissəsinə girib, oranı ələ keçirəcəklər və bununla da göstərəcəklər ki, Gürcüstanın sərhədlərinə və sərhədlərin delimitasiyası üzrə çalışan işçi qrupunun işinə tüpürürlər. Bu hadisə mütləq azərbaycanlı sərhədçilər ilə münaqişəyə çevriləcəkdi və ağır nəticələri olacaqdı. Məhz təxribatçıların yandırdığı bu alovu söndürmək üçün gürcü sərhədçiləri sərhəddə dayandılar, öz vəzifə borclarını qüsursuz və ustalıqla yerinə yetirdilər.

Levan Çiçua
Levan Çiçuanın daha bir təxribatçı bəyanatı:
“Azərbaycanlılar Grücüstan ərazilərini ilhaq etdilər, onlar bizim ərazilərimizə hərbi hissələr yerləşdirdilər, bu isə işğal adlanır. Bunu hətta Rusiya etməyib, biz Rusiya ilə müharibə etmişik və məğlub olmuşuq, lakin Azərbaycanla olan məsələdə isə məğlubiyyətimizi elan etmişik”.
Yəni Levan Çiçua üçün Rusiya ilə müharibə azdır. “Məğlubiyyət, işğal” sözləri ilə saxtakarcasına və ustalıqla oynayaraq – “işğalçı” anlayışını əsl işğalçı olan Rusiyadan, Gürcüstanın əsl müttəfiqi və strateji tərəfdaşı olan Azərbaycanın adına çıxır. Qaraya ağ deyilməsi – erməni millətçilərinin qızıl brend xüsusiyyətidir.   
Tərcümə etdi: Ülviyyə Şükürova,
Suveren.az
Mənbə: "Kavakazplus"