Erməni tarixçi ermənilərin qədim xalq olması barədə iddiaları alt-üst etdi – Video

13/04/2019 - 00:30 5 791 0   0  

 

Ukraynada yaşayan erməni tarixçi Filip Ekzpyantz erməni xalqının qədimliyi ilə bağlı iddiaları alt-üst edib.

Tarixçinin Youtube sosial şəbəkəsində yaydığı “Ermənistan ermənilərdən çox-çox qədimdir” başlıqlı videoşərh yəqin ki, erməniləri özündən çıxaracaq.

Bizimyol.info xəbər verir ki, Filip Ekzpyantz erməni millətçilərin istinad etdikləri tarixi mənbələri qiymətləndirib. Tarixçi məntiqi nəticəyə gələrək bəyan edib ki, tarixi mənbələrdə ermənilərlə bağlı heç nə deyilmir – bu mənbələrdə Ermənistan, yəni coğrafi ərazi barədə danışılır.

“Ptolemeyin Ermənistan barədə yazdıqlarını həvəslə nümunə göstərirsiniz. Amma o yazılarda erməni xalqı barədə heç nə deyilmir. Ərazi barədə danışılır. Aydın şəkildə o ərazidə yaşayan xalqlardan da söz açılır. Amma o xalqların arasında ermənilər yoxdur. Heç bir erməni, heç bir “hay” barədə söz açılmır. Əgər biz bu ərazilərin dağı, təpəsi olsaydıq, o zaman deyə bilərdik ki, o mənbələrdə bizim barəmizdə danışılıb”,- deyə Ekzpyantz bildirir.