Erməni əsgərləri qəzaya düşdü

07/11/2018 - 19:41 5 590 0   0  

Ermənistan Müdafiə Nazirliyinə məxsus KamAZ markalı yük maşını Gorus-Qubadlı istiqamətində hərəkət edərkən qəzaya uğrayıb.

Bu barədə ”Sputnik Armeniya” saytı məlumat yayıb. Yol-nəqliyyat hadisəsi zamanı Ermənistan ordusunun dörd əsgəri həlak olub. Qəzada ağır yaralananlar olsa da, onların sayı barədə dəqiq məlumat verilmir.

Yol nəqliyyat hadisəsi bu gün saat 12 radələrində Gorus-Qubadlı yolunun 39-cu kilometrliyində baş verib.