Erməni məktəblərində Türkiyə bayrağı asıldı

30/01/2019 - 22:41 8 053 1   0  

ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb.

Bu barədə “Rusarminfo” NBC Los Angeles telekanalına istinadən məlumat yayıb.

Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb.

Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb.

Los-Anceles polisi araşdırma aparır.