Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi

18/03/2019 - 18:51 11 113 0   0  

Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO

Karabakhmedia.az İlkxeber.org-a istinadla xəbər verir ki, bu gün “Sputnik Azərbaycan”da təcili toplantı olub. Toplantını Moskvadan gələn, bölgələr üzrə rəhbər Andrey Blaqodırenko aparıb. A.Blaqodırenko “Sputnik”in əsas fiquru olan baş redaktor Marqarita Simonyanın həyat yoldaşıdır.

A.Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun işdən çıxarılması ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir və “Sputnik”in Qarabağla bağlı kursunda heç bir dəyişiklik olmayacaq.

A.Blaqodırenko iclasda həmçinin qeyd edib ki, Azərbaycan hakimiyyətinin ölkədə “Sputnik”i bağlamağa və rəhbər Əziz Əliyevi (anasının erməni olduğu deyilir) kənarlaşdırmağa gücü çatmaz. “Biz Rusiyanı təmsil edirik və Qarabağ və digər məsələlərlə bağlı siyasəti biz müəyyən edirik, sizin hakimiyyət yox”, -deyə A.Blaqodırenko vurğulayıb.

Xatırladaq ki, “Sputnik Azərbaycan”ın şef redaktoru Mətin Yaşaroğlu Azərbaycanın milli maraqlarının müdafiə etdiyi, agentliyin fəaliyyətində erməni siyasətinin önündə durduğu üçün bugünlərdə vəzifəsindən kənarlaşdırılıb.

Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO

Karabakhmedia.az