E.Məmmədbəyov: “Vulkanların yaxınlığında ev tikməyə başlayıblar” – TƏHLÜKƏ

14/12/2018 - 23:27 712 0   0  

Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. “Trend”in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun dosenti Elxan Məmmədbəyov deyib.

E.Məmmədbəyovun sözlərinə görə, palçıq vulkanizminin inkişaf etdiyi ərazi geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri araşdırılıb. Tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və irimiqyaslı (1:25000 və 1:100.000) xəritələrin tərtibidir.

Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə olan palçıq vulkanlarının (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilib və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunub:

"Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılıb. Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qurumlara mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə

baxmayaraq, yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir".