“Elinanın anasının yerində olsaydım, direktoru əllərimlə öldürərdim” – Xalq artisti

12/04/2019 - 23:36 2 494 0   0  

162 nömrəli məktəbdə baş vermiş hadisə hələ də gündəmdədir. Artıq sıravi vətəndaşlar Elina Hacıyevanı anmaq məqsədilə sözügedən məktəbə axın edir, hadisə yerinə güllər və oyuncaqlar düzürlər.

Bununla bağlı Xalq artisti Naibə Allahverdiyeva “Yeni Sabah”a açıqlama verib. Göz yaşlarını tuta bilməyən aktrisa bu hadisədən çox sarsıldığını bildirib:

“Bu nə vicdansızlıqdır, bu nə qəddarlıqdır? İnan ki, hələ də özümə gələ bilmirəm. Mənim də qızım var və artıq qızıma görə çox qorxuram. Bizim insanlar nə ara belə qəddar oldu? Ölkəmizin vətəndaşlarını bu cür təsəvvür etməzdim. Bəyanat da yayıblar ki, direktoru işdən çıxarıblar. İşdən uzaqlaşdırmaqla iş bitmir. Ortada 14 yaşlı uşağın meyti var. Təhsil nazirliyindən tutmuş  o məktəbin hər bir müəlliminə kimi hamı layiq olduğu cəzanı almalıdır. Düşündükcə dəhşətə gəlirəm. Elinanın anasının yerində olsaydım, o direktoru qızı iki saat məktəbdə gözlətdiyinə görə öz əllərimlə öldürərdim”.

Əcəmi Əsədulla