Eldar Əzizov keçmiş iş yoldaşına YÜKSƏK VƏZİFƏ VERDİ

03/01/2019 - 11:20 16 234 0   1  

Bakı şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Nərimanov rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev Bakı şəhər İcra Hakimiyyətinin Əsаslı Tikinti və Təmir Şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Bildirilir ki, Rəşid Ağayevlə Eldar Əzizov illər əvvəl Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində bir yerdə çalışıb. E.Əzizov iş yerini dəyişəndən sonra R.Ağayev Abdin Fərzəliyevin rəhbərliyi altında daha əvvəl Nizami, sonra isə uzun müddət Nərimanov rayonunda şöbə müdiri kimi çalışıb./Publika