Eldar Əzizov Abutalıbovun kadrının vəzifəsini kiçiltdi

29/10/2018 - 12:12 1 147 0   0  

Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov baş nazirin müavini Hacıbala Abutalıbovun yaxın kadrlarından birinin vəzifəsini kiçildib.

Suveren.az Sozcu.info-ya istinaden xəbər verir ki, Eldar Əzizovun müvafiq əmrinə əsasən Nailə Polad qızı Məmmədova meriyanın mətbuat katibi vəzifəsindən azad edilərək, həmin şöbədə baş mütəxəssis təyin edilib. Hələlik həmin vəzifəyə təyinat yoxdur.
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.