ELÇİLİYƏ GEDƏNLƏR KORONAVİRUSA YOLUXDU - 9 nəfər karantinə alındı

21/06/2020 - 18:19 4 310 0   0  

Türkiyədə Manisadan bir ailə Kütahyadan digər ailəyə elçiliyə gedib. Elçilikdən sonra 9 nəfər yeni növ koronavirusua yoluxub.
Bu barədə Kütahyanın Tavşanlı kaymakamı məlumat yayıb.
Məmur bildirib ki, Tavşanlının Tepecik qəsəbəsində elçilik mərasimindən sonra qızları istənilən ailənin bir neçə üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Rayon Səhiyyə Müdürlüynün apardığı “filyasyon” (COVID-19 aşkarlanan şəxslə ünsiyyətdə olan  şəxslərdə müayinə aparılması) əməliyyatı nəticəsində 6 yaşayış binasında yaşayan və qohumluq əlaqələri olan 9 nəfərdə koronavirus müəyyən edilib.
Binalar karantinə alınıb, Vəfa Dəstək Qrupu və rayon Jandarma qurumu, binanı nəzarətə götürüb./apa