ELÇİBƏY KOMANDASI YENİDƏN YÜKSƏLİŞDƏ...

07/08/2020 - 21:16 6 006 1   0  

7 avqust tarixində, əsas prinsipləri Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy yolu olan, Azərbaycan, eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan şəxslər birlikdə Milli Hərəkatçılar Birliyi adlı yeni ictimai-siyasi hərəkat qurdular. MHB-nin quruluş bəyanatını təqdim edirik:
"Artıq yüz ildən çoxdur şimallı-cənublu bütün Azərbaycanda milli və insani haqqlar üçün  mübarizə aparlır. Bu zaman müddətində xalqımız dəfələrlə ayağa qalxaraq öz milli iradəsini ortaya qoymuşdur. 18 Oktyabr 1991 ildə Azərbaycan Respublikasının müstəqilliyini yenidən əldə etməsi bu milli iradənin son ifadəsidir. 
Xalqımız hər zaman milli dövlət, müstəqillik və milli iqtidar, azadlıq, ədalət, demokratiya dəyərlərini dəstəkləmişdir. Ancaq bu yolda qarşımızda problemlər yaradan daxili və xarici maneələr də az deyil. Qarabağ başda olmaqla işgal edilmiş torpaqlarımız, bir milyon həmyerlimizin öz torpaqlarından qovulması, xalqın sosial vəziyyətinin pis olması, siyasi rejim və idarəetmədə səhvlər, rüşvət, gedərək dərinləşən ideoloji boşluğun gətirdiyi mənəvi böhran, dövrə uyğun iqtisadi inkişafın olmaması ve diğər problemler qarşıdakı əngəllərdəndir. 
Azərbaycanda həqiqi vətəndaş fəallığının yayılaraq milli iradəyə çevrilməsi və dövlət-millət bütövləşməsinin problemlərimiz içində öz yeri var. İnanırıq ki, dövlət-millət bütövlüyünü millətimizin xoşbəxtliyi, dövlətimizin qüdrəti, vətənimizin ərazi bütövlüyü baxımından danılmaz həqiqətdir. Buhəqiqətin dərk olunması, xalq içində siyasi aydınlanmanın geniş yayılmasına bağlıdır. 
1988 ilində başlayan milli hərəkatın yüksəlişi siyasi inkişaf istiqamətində önəmli təcrübə və aydınlıq yaratdı. İndi əsas məsələ bu təcrübə və biliyi yeni nəsillərə yaymaqdır. Bu məqsədlə, milli hərəkatda yetişmiş yaşlı nəsillərdən və günümüzdə hərəkatçılıq ruhuna sahiblənmiş gənclərdən ibarət insanların bir qismi olaraq toplanıb müzakirələr aparmış, ortaq düşüncə birliyinə gələrək müstəqil Milli Hərəkatçılar Birliyi (MHB) adlı yeni ictimai-sisyasi ziyalı hərəkatı qurmağa qərar vermişlər. MHB iki böyük öndərin - Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin qoyduğu milli yolda yürüməyi özünün müqəddəs vəzifəsi bilən, böyük lider Elçibəyin öndərliyini qəbul edib vətən, millət və dövlət uğrunda mübarizəyə xidmət edən insanların yaratdığı bir ziyalı hərəkatıdır. 
 MHB İctimai-Siyasi Hərəkatı Təşəbbüs Qrupunun üzvləri açıq şəkildə bildirir ki, MHB-nin başlıca istəkləri Azərbaycanda milli dövlətin bütün vəzifələrini gerçəkləşməsi, eyni zamanda demokratik rejim, ədalətli seçkilər ilə seçiləcək milli iqtidar, bütöv, güclü Azərbaycanın bölgədə sözükeçən ölkəyə çevrilməsi, xalqın həyat səviyyəsinin qalxması, Qarabağ başda olmaqla problemlərimizin milli maraqlarımıza uygun həll edilməsi və ölkəmizdə sülhün, təhlükəsizliyin yaranmasıdır. Bu hədəflərin gerçəkləşməsi vətəndaş aktivliyindən asılıdır və MHB Təşəbbüs Qrupu maarifləndirmə və dialoq ilə bu hədəflərə çatacağını düşünür. 
MHB yaşından asılı olmayaraq, bütün milli hərəkatçıların üzünə açıqdır. Onlar hərəkata qoşularaq əllərindən gələn qədər kömək və əməkdaşlıq edə bilərlər. 
Hörmətlə, 
Milli Hərəkatçılar Birliyi İctimai-Siyasi Maarifləndirmə Hərəkatının Təşəbbüs Qrupu üzvləri:    

1.    Arif Acaloğlu (MHB təmsilçisi)
2.    Ələsgər Siyablı
3.    Arif Rəhimoğlu
4.    Aydın Ələkbərli
5.    Aydın Şükür
6.    Eyvazəlı Oruclu
7.    Aqil Səmədbəyli
8.    Arzuman Cəfərov
9.    Ağası Hun
10.   Ahudar Qurbanov
11.   Akif Borçalı
12.   Abil Babaoğlu
13.   Bayram Abbasov
14.   Cavid Aydın
15.   Dilavər Əzimli (Dr.)
16.   Elçin Abdullayev
17.   Eldar Sübhanverdiyev
18.   Elmar Həsənli
19.   Elnur Nazimoğlu
20.   Elnur Paşa
21.   Elşən Əlisoy
22.   Etibar Qərib 
23.   Əkbər Nəcəf (Dr.)
24.   Əli Mustafa
25.   Əmirağa Basqallı
26.   Faiq Ələkbərli (Dr.)
27.   Fəqan Yaqubov
28.   Fərid Əlibəy
29.   Hacı Zakir Guliyev
30.   Hüseyn Əliyev
31.   İlgar Salmanoğlu
32.   İlyas Abdullayev
33.   İsmixan Fərəcov
34.   İsrafil Həsənov
35.   Qələndər Muxtarlı
36.   Qorxmaz İbrahimli
37.   Mahmud Əhmədli
38.   Mail Bağırov
39.   Malik Bayramlı
40.   Məzahir Məmmədov
41.   Mirhadi Yusifli
42.   Mührəddin Borçalı
43.   Naib Ələkbərov
44.   Namig Talıbov
45.   Natig Ələsgərli
46.   Nizami İsmayılbəyli
47.   Nurəddin İsmayıl
48.   Orxan Tağıyev
49.   Oruc Muradov
50.   Raqib İsmayıllı
51.   Ramazan Aras
52.   Rəhim Sulduzlu
53.   Rəvan Bağırlı
54.   Rüfət Muradlı
55.   Seyid Mirfeyzulla
56.   Salim Muradov
57.   Şahnaz Ələsgərli
58.   Şamil Məmmədli
59.   Şeyda Nəsibli
60.   Şəmsəddin Cəmiyev
61.   Şəmsəddin Rəhimli
62.   Təbriz Musayev
63.   Telman Verdiyev
64.   Teymur Eminbəyli
65.   Təvəkkül Süleymanlı
66.   Vagif Almuradlı
67.   Vəkil Şahbazlı
68.   Vəli Hümmətoğlu
69.   Vüqar Abdulla
70.   Vüsal Əfəndi
71.   Yasəmən Qaraqoyunlu
72.   Yaşar Əsədov
73.   Zahir Əlisoy