Elbay Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib

25/12/2018 - 18:14 586 0   0  

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar memar Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncama əsasən, Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, E.Qasımzadə 1948-ci ilin dekabrın 26-da Bakıda anadn olub. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədridir. Dekabrın 26-da E.Qasımzadənin 70 yaşı tamam olur.