Efiopiyada “Boeing 737 Max 8” təyyarəsinin qəzaya uğramasından sonra Amerikanın “Boeing” kompaniyasının bazar kapitalı 26,6 milyard dollar azalıb.
Xaric i KİV-lərə istinadla xəbər verilir ki, martın 12-də Nyu-Yorkun fond birjasında (NYSE) keçirilən hərracların nəticəsinə əsasən, kompaniyanın aksiyaları 6,15 faiz ucuzlaşaraq 375,41 dollara enib. Son iki gün ərzində bu göstərici 11 faizdən çox olub. Martın 8-də aksiyaların qiyməti 422,54 dollar təşkil edirdi.
Beləliklə kompaniyanın kapitalı iş həftəsinin əvvəlindən bəri 26,6 milyard dollar aşağı düşərək 212,1 milyardadək azalıb. Martın 8-də keçirilən hərraclarda onun kapitalı 238,7 milyard dollar idi.
Xatırladaq ki, Əddis-Əbəbə şəhərindən Nayrobiyə uçan “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu, son 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzasıdır. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.
Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr və aviakompaniyalar 737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.
Efiopiyadakı qəzadan sonra “Boeing” kompaniyası 26,6 milyard dollar itirib

Bölmənin xəbərləri