Dünyanın ən böyük seysmik stansiyası yaradılır

01/01/2019 - 22:18 2 014 0   0  

Çin alimləri və mühəndisləri 2022-ci il üçün zəlzələlər barədə xəbərdarlıq edən ən müasir və ən böyük sistemin yaradılmasını yekunlaşdıracaq.

Hazırda mütəxəssislər ölkə ərazisində nəticədə vahid bir şəbəkəyə qoşulacaq 15 mindən çox ötürücü quraşdırır.

Gözlənilir ki, yeraltı təkandan dərhal sonra ötürücülər idarəetmə mərkəzinə elektrik impulslar göndərəcək və nəticədə həmin ərazidə yaşayan sakinlər öz smartfonlarına bu barədə məlumat alacaqlar.(teleqraf)