Dünya liderlərinə koronavirus böhranı ilə mübarizə üçün "QLOBAL HÖKUMƏT" təklifi

29/03/2020 - 23:28 812 1   0  

İngiltərənin keçmiş baş naziri Gordon Brown dünya liderlərini koronavirus böhranı ilə mübarizə üçün müvəqqəti qlobal hökumət yaratmağa çağırdı.

Brown söyləyib ki, təklif olunan qlobal işçi qrupun vəzifəsi vaksinin yaradılmasına və tibbi avadanlıqların istehsalı ilə paylanmasına nəzarət və dəstək, həmçinin böhranın iqtisadi zərərlərindən çıxmasına kömək etmək olmalıdır. Sonuncunu etmək üçün bu qrup mərkəzi bankların səylərini əlaqələndirməlidir; bazar iqtisadiyyatı şəraitində kapitalın uçuşunun qarşısını almaq üçün tədbirlər görmək; iqtisadi böyüməni artırmaq üçün dövlət xərclərinin istifadəsini birgə yanaşma ilə razılaşdırmaq.

2008-ci ildəki maliyyə böhranının təsirini azaltmaq üçün beynəlxalq qrupun mərkəzində olan Brown, “The Guardian»a açıqlamasında, işçi qrupunun tərkibinə dövlət başçıları, səhiyyə ekspertləri və beynəlxalq təşkilatların rəhbərlərinin daxil edilməli olduğunu və dövlət başçılarının fikirlərinin uzlaşdırılmasına ehtiyac olduğunu söylədi.

O, ingilis qəzetinə "Bu yalnız bir ölkə ilə həll edilə biləcək məsələ deyil. Razılaşdırılmış qlobal cavab olmalıdır" dedi.

Cümə axşamı G20 liderləri virtual sammit zamanı COVID-19 pandemiyasının sosial və iqtisadi zərərini minimuma endirmək üçün "lazım olanı" etməyi qəbul etdilər. Sammitdən sonra verilən açıqlamada, G20 üzvlərinin nəzərdə tutulmuş maliyyə siyasəti və sığorta sxemləri vasitəsilə 5 trilyon dollar (4.5 trilyon avro) vəsaitin qərara alınması və üzvlərin çoxtərəfli qurumlara maliyyələşdirmənin lazım olduğu təqdirdə artırılacağı düşünülür. Mərkəzi bank rəhbərlərindən maliyyə nazirləri ilə birlikdə tədbirlər planı tərtib etməyə çağırıldı.

Maliyyə böhranı zamanı Brown, digər qlobal liderləri bankların zəmanətə ehtiyac duyduğuna inandırdı və daha sonra Londonda G20 səviyyəsində 1,1 trilyon ABŞ dolları dəyərində xilasetmə paketinin razılığa gəlindiyi görüş keçirdi. Mərhum Jeremy Heywood - o zaman İngiltərə Nazirlər Kabinetinin katibinin 2011-ci ildə dediyi kimi, Brown "çox, çox əhəmiyyətli bir rol oynadı. G20 sammitinin qlobal iqtisadiyyatda həqiqətən vacib məqam olduğu etiraf olunur. Bundan əvvəl beynəlxalq ictimaiyyətin inamsızlığa, qlobal ticarətdəki süquta və sairəyə son qoymaq üçün baxış bucağı, enerji və yaradıcılığı bir araya gətirə biləcəyinə dair əsl qeyri-müəyyənlik var idi ".

Dünya bu gün oxşar çöküşlə üz-üzədir. Brown təkbaşına yanaşmanın mövcud böhranı həll edə bilməyəcəyini iddia edir. O, "bizim bir növ iş icraçılarına ehtiyacımız var" dedi. 2008-ci ildəki maliyyə böhranının həlli ilə bağlı səylərini xatırladaraq dedi: “Yenə də bunu etməli olardımsa, G20-ni daha genişlənmiş təşkilat edərdim, çünki hazırkı şərtlərdə böhrandan ən çox təsirlənən ölkələri dinləməlisiniz-çox sayda insanın təsirə məruz qalma ehtimalı olan ölkələri-Afrikadakılar kimi ".

globalgovernmentforum.com

Tərcümə etdi: Ulviyyə Şükürova