Dünya gücləri əhalinin başını "COVİD-19" ilə qatıb, "KİBER MÜHARİBƏYƏ" hazırlaşırlar

12/05/2020 - 17:26 2 269 0   0  

Biz bioloji savaşdan danışırıq, amma eyni zamanda başqa bir savaş da gedir: Kiber savaş! Zarafat deyil, kiber ordular, kosmosda və yer altında, açıq dənizlərdə mövqelər tuturlar.

Türkiyə dəqiqədə 1000-ə yaxın kiber hücuma məruz qalır. Türkiyədən sonra Almaniya gəlir. Almaniyadan sonra Fransa. Almanya Türkiyənin yarısı qədər hücuma məruz qalır, Fransa da Almaniyanın yarısı qədər. Ən çox kiber hücuma məruz qalan ölkələrin 4-cüsü Azərbaycan və Rusiya... Rusiya ilə ABŞ eyni səviyyədə hücuma uğrayır.

Ən çox kiber hücum edən ölkələr: Hollandiya 1-ci yerdədir. Dəqiqədə 700-ə qədər hücum gerçəkləşdirir. Ardınca Rusiya və Çin gəlir. Onun ardınca ABŞ, Tayland, Almaniya, Azərbaycan, Hindistan.. Siyahı belə uzanıb gedir. Türkiyə ən çox hücumu Avropadan alır. Bu bilgilər də çox dəqiq  olmaya bilər. Çünki kiber hücumlarda, hücum edən tərəf özünü gizlətmək üçün, ünvan olaraq başqa ölkələrin serverlərindən istifadə edə bilir. Məsələn, hücumçu hər hansı bir ölkədəki FETÖ agenti və ya PKK-çı Türkdilli hansısa ölkədəki, bir dövlət və ya özəl şirkətin serverinin içinə yerləşdirdiyi bir virus vasitəsilə Türkiyəyə hücum edə bilir. Fərz edək ki, hücumun əsl mərkəzi Avropadaki A ölkəsidir. A ölkəsindəki haker, Türkdilli dünyaya aid B ölkəsindəki ələ keçirdiyi bir serverə yerləşdirdiyi gizli program vasitəsilə Türkiyədəki hədəfə hücum edə bilir.

Bunun anlamı: edilən hücumlar gerçək, amma hücumun haradan gəldiyi naməlum qala bilir. Keçmişdə siyasi cinayətlərdə hücumçu şəxsiyyəti ilə bağlı iş buraxa bilərdi. Əslində bu öz kimliyini gizləmək üçün edilən bir “Kərtənkələ çoxbilmişliyi” idi. Bilirsiniz, kərtənkələ də dar ayaqda quyruğunu qoyub qaçır, sizi quyruğu ilə uğraşarkən o qaçıb gedər.

11 sentyabr terror hücumunda necə oldusa, zərbəylə metalın əridiyi o yüksək temperatura baxmayaraq, hücumçunun cəsədi buxarlaşarkən, cibindəki pasport binanın xarabalığının yanında toz- torpaq içində sağ-salamat tapılmışdı (!). Bunlar özlərini ağıllı, dünyanı axmaq yerinə qoyurlar. Bu gün Covid 19-la bağlı da eyni oyun oynanır və bir çok ölkə də “kərtənkələnin quyruğu” ilə oynamağa davam edir.

Nə vaxt ağıllanacayıq? Bir dəli bir quyuya daş atır, 40 ağıllı, 40 gün bu daşı çıxarmaq üçün əlləşir...

Bu kiber hücumlarda 3 hücum şəkli ilə üz-üzəyik. 1- Şəxs və şirkətlərin sisteminə girib, kilidləyib, pul oğurlamaq istəyən kiber quldurlar, siber fırıldaqçılar. 2- Sistemə girib, sistemə zərər vermək ya da sistemdən informasiya oğurlamaq istəyənlər. Bunlar kiber terrorçular. 3- Sistemə girib, içəri trojan virusu yerləşdirib, açıq qapıları bağlayıb, sistemdən çıxıb, daim informasiya axını təmin edən, istədiyi zaman istədiyi hücumu reallaşdırmağa hazır duran və bu adresi bir tramplin lövhəsi kimi istifadə edərək diğər ölkə və ya sistemlərə hücum üçün istifadə edənlər. Bunlar kiber döyüşçülər və kiber kəşfiyyatçılardır. Ən təhlükəlisi bunlardır və “qızıl zərbəni vurana” qədər verdikləri zərər hiss edilməyən qruplardır. İlk qrupdakılar, həmin an özlərini ifşa edirlər. 2-ci qrupdakılar planlı hərəkət edər, uyğun fürsəti gözləyərlər, ideoloji və siyasi müstəvidə davranırlar. 3.-cü qrupdakılar strateji bir planın parçasıdırlar.

Kosmosdakı nəhəng scannerler, yer üzündəki və yer altını “ələkdən keçirəcək” qədər yoxlaya bilirlər. Kosmik teleskoplar kimi artıq kosmosdan yer üzünü izləyən teleskoplar da var. Dəniz dibinin altını və yer altını 50 m və hətta daha dərininə qədər izləyib yoxlaya bilirlər. Mədən, su, neft, qaz, seysmik aktivlik, külək, bulud, arxeoloji əsərlər hamısı görülür. 360 Cam, və ya kosmos fotoğrafçılıq ilə artıq topografiq xəritələr yaradılır. Yer üzündəki naqnit sahəsi xəritəsi çıxarıldı. Partikilasiya( hissələrə parçalama), qaz xəritələri çıxarıldı. HAARP turist səfərinə çıxarkən bir də Egey dənizinə gedim - çok darıxdım deyə dəniz sahilimizə gəlib çıxmadı. Kiber müharibənin rəqəmsal xəritəsi meydana gətirilir. Starlink, robotların kosmosdakı gözləri olacaq. Onlar bizim görmədiklərimizi görəcəklər. Biz hələ bir evin mobil telefon ilə foto şəklini çəkməyə çalışan bir siyasətçinin həvəskar cəhdi barədə danışırıq.

Avatarlar gəlir Avatarlar.

Süni intellektli insana bənzər robotlar. Hələ heç bir kiber infrastruktura sahib deyilik. Əla bazarıq, əla müştəriyik. ABŞ və İsrail Kiber ordu qurur, İslam dünyası hələ məsələnin fərqinə vara bilmir. Maye çip var artıq. Suya data yüklənir, obyektlər öz aralarında əlaqə qura bilir, amma biz insan övladı hələ bunu bacarmadıq. Döyüşməyi amma yaxşı bacarırıq. Starlink, global ünsiyyət şəbəkəsi üçün kiber mühasirəni tamamlamaq üzrədir.

Bu yeni təhdid, nüvə silahı təhlükəsindən daha böyükdür. Bioloji və kimyəvi silahlarla müqayisə olunmayacaq bir təhlükə ilə üz-üzəyik. Elmi-fantastik filmlərdəki kimi, şüa və ya elektromaqnit silahlar artıq dövriyyədədir. Saniyədə 300.000 km sürətlə atılan şüa bombaları ilə yer üzündə və yer altında sığına biləcək heç bir yer qalmır. 5G bu ssenarinin bir parçasıdır və biz əli böyründə baxırıq. Korona bəlasından xilas ola bilsək, sıra bu mövzulara da gələcək hər halda.

"Yeni Akit", Abdurrahman Dilipak

Tərcümə etdi: Ülviyyə Şükürova