Dubayda Azərbaycan Ticarət Evinin açılışı təxirə salındı - SƏBƏB?

10/01/2019 - 18:49 2 401 0   0  

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Ticarət Evinin açılışı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bunu Trend-ə Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev deyib.
E.Əliyev bildirib ki, Ticarət Evinin açılışı texniki səbəblərdən təxirə salınıb.
Qeyd edək ki, Ticarət Evinin açılışı yanvarın 10-a nəzərdə tutulmuşdu.