Dövlət Agentliyinin avtomobil qəzaya düşdü - Xəsarət alanlar var - FOTOLAR

26/10/2018 - 16:19 1 144 0   0  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Suveren.az report-a istinadən xəbər verir ki, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin “Mitsubishi” avtomobili ötmə əməliyyatı emək istəyəkən “VAZ 2106″ markalı maşınla toqquşub. Nəticədə “Mitsubishi” iki dəfə aşaraq yanmağa başlayıb.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.