"Donald Trampın “Tvitter”dəki kəsəri azalıb" - Qərb mətbuatı

21/01/2019 - 12:07 2 746 0   0  

ABŞ prezidentinin fikirləri aydın ifadə olunmuş sözlərdən çox, anlaşılmaz çərənləməyə bənzəyir
Bir vaxtlar Donald Tramp Tvitterin kralı sayılırdı. Sosial şəbəkələr ona seçki kampaniyasında da çox kömək etdi.
Lakin son dövrlərdə onun sosial şəbəkədəki yazı lentinə nəzər yetirdikdə artıq işlərin əvvəllki kimi getmədiyini görmək olar.
“Cəmi bir tvit ABŞ-ın Suriyadakı siyasətini dəyişdriməyə və ya müdafiə naziri Ceyms Mettisi istefaya göndərməyə kifayət edirdi. Trampın ölkəni tvitter vasitəsi ilə idarə etmək cəhdi digər siyasətçilərin də davranışlaırna ciddi təsir göstərirdi. İndi onlar bağlı qapılar arxasında danışıqlar aparmaq yerinə, öz fikirlərini açıq şəkildə sosial şəbəkədə ifadə edirlər,”-deyə Almaniyanın “Die Welt” qəzetindən Yoanna Vays yazır.
Müəllifin fikrincə, ABŞ prezindeti bəlkə də yeganə üstün olduğu bu sahəni əldən buraxa bilər.
“Bu gün Trampı hələ də tvitter kralı, ağır təhqirlər ustası sayanlar onun profilinə diqqətlə baxmalıdırlar. Əvvəlki qərarlı, gözlənilməz tvitlərin yerinə indi darıxdırıcı və yeknəsək informasiyalar verilir. Tvitlərin tonu daha rəsmi xarakter almağa başlayıb. Prezidentin öz fikirləri isə aydın ifadə olunmuş sözlərdən çox, anlaşılmaz çərənləməyə bənzəyir”.
Yoanna Vays ABŞ prezidentinin indi daha çox öz hökuməti ilə bağlı zərərsiz, adi xəbərləri yaymaqla məşğul olduğunu düşünür. O burada sosial şəbəkənin də “günahkar” olduğunu yazıb. Belə ki tvitter platformasında əvvəl yalnız 140 simvoldan istifadə etmək mümkün idisə, indi bu rəqəm 2 qat artaraq 280-ə çatdırılıb. Tramp isə öz döyüşkənliyi sübut etmək üçün açılan dərhal əlavə yerdən istifadə etməyə başlayıb. Lakin bir vaxtlar onun siyasi brendi sayılan yazıları mənasız və məzmunsuz mesajlara çevrilib. Tvitter simvolların sayını artırandan bəri Trampın qeydləri öz kəskiniliyi itirib.
“Bir vaxtlar Tramp tvitterdə 29 yaşlı cavan adam kimi yazırdı. İndi isə onlar ağlını itirməməyə çalışan 72 yaşlı kişinin mızıldamasına bənzəyir”,-deyə məqalədə qeyd olunub./musavat.com