Dəmiryolu stansiyasından oğurluq edənlər saxlanılıb

18/01/2019 - 23:03 2 227 0   0  

Hacıqabul dəmir yolu stansiyasının ərazisindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Hacıqabul dəmir yolu stansiyasının ərazisindən uzunluğu 12 metr olan relsi oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Namiq Novruzov və Vasif Nağıyev saxlanılıblar.