Deputatdan dövlət himni ilə bağlı qalmaqallı təklif: “Sovet Azərbaycanının himni bundan cazibədar idi”

02/11/2018 - 20:27 5 698 0   0  

“Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimli deyib. Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib: “Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır. Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet Azərbaycanının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.