Deputat Əsabil Qasımovun oğlu dəfn edilib

27/01/2019 - 19:05 2 761 1   0  

Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

Suveren.az report-a istinadən xəbər verir ki, E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.

Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.