Demokratik Xalq Hərəkatı “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılmasına etiraz edib. Suveren.az DTX-nin bununla bağlı yaydığı bəyanata təqdim edir:
“Tanınmış iş adamı Mübariz Mənsimovun Türkiyədə tutuqlanması barədə xəbər Azərbaycan cəmiyyətinin əksər hissəsində, o cümlədən DXH üzvlərində böyük təəssüf və narahatçılıq hissi oyadıb. Xalqımızın böyük əksəriyyəti tərəfindən sevilən və Azərbaycanlıların müəyyən bir hissəsi tərəfindən ölkənin gələcək Prezidenti olması arzu edilən Mübariz Mənsimovun Azərbaycanın hakim dairələrinin siyasi sifarişi ilə tutulduğu barədə yayılan xəbərlər narahatçılıq hissini iki qat artıqmaqdadır.
DXH Türkiyənin Ədliyyə sisteminin ədalətinə zərrə qədər də şübhə etmədiyini və hər şeyin Türkiyə Cümhuriyyətinin qanunları çərçivəsində həll ediləcəyinə inandığını bildirərərk bəyan edir ki, bu akt gerçəkdən də Azərbaycan hakimiyyətinin siyasi sifarişi əsasında baş veribsə, mövcud hal Azərbaycan xalqında qardaş Türkiyə Cümhuriyyətinə olan sevgi və inamı, az da olsa, sarsıda bilər.
Ümid edirik ki, belə bir şey heç vaxt baş verməyəcək, dostluq, qardaşlıq və birliyimiz əbədiyyən davam edəcəkdir”.
Demokratik Xalq Hərəkatı Mənsimovun həbsinə etiraz etdi - BƏYANAT

Suveren.az