“Danışsam, batarsan...” - Avropadakı mühacirlər dalaşdı

27/11/2018 - 22:09 2 065 0   0  

Avropaya sığınan azərbaycanlı mühacirlər qranta görə dalaşıb.

Suveren.az-ın “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Məhəmməd Mirzəli və Tural Sadıqlı sosial şəbəkələrdə bir-birini təhqir ediblər.

Məlum olub ki, onlara qrant ayrılıb və T.Sadıqlı pulu Məhəmmədlə bölməyib.

T.Sadıqlı status yazaraq Məhəmməd barəsində “yoldaş deyib aramıza aldıq, axırda naxələflik etdi” deyə qeyd edib. Bunun səbəbi də M.Mirzəlinin “Youtube” administrasiyasına şikayət edərək T.Sadıqlı ilə birgə işlətdiyi “Azad söz” kanalını bağlatdırması olub.

M.Mirzəli isə T.Sadıqlı barəsində “Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə də məbləği. Məni efirə çıxarıb məndən pul qazandın. Sən məndən istifadə etdin. Xalqın layihəsini də qrant üçün etdin. Sənin Bakıdakı fəaliyyətin barədə danışsam, batarsan. Almaniyadakı fəaliyyətini isə ikinci yazıya saxlayıram” deyə yazıb.