“DANIŞMAMAQ PİSDİRSƏ, 6 DƏFƏ MƏNİ SEÇMƏSİNLƏR DƏ…” – Madər Musayev

05/02/2019 - 16:18 2 764 0   0  

“Deyirlər ki, parlament tribunasında çox danışmıram. Hesab edirəm ki, çox danışmaq heç zaman bəyənilməyib”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Madər Musayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, lazım olan yerdə yaxşı və məntiqli danışmaq vacibdir: “İndi mən danışmıram, o demək deyil ki, danışanlar düz etmirlər. Məsələn, danışanlar içərisində elələri var ki, danışır, həqiqətən adamın xoşuna gəlir. Bəzən də boş yerə danışırlar, tutaq ki, parlamentdə 3-cü oxunuşda danışmaq lazım deyil ey, amma onda da danışırlar. Həvəskardırlar danışmağa…
Gərək sözün də çəkisini biləsən. Mən görsəm ki, zərurət var, sözümü deməliyəm, o zaman deyəcəm. O da maraqlıdır ki, 125 deputatın 20-30-u mənim kimi çoxdanışan deyil, amma həmişə deyirlər ki, Madər danışmır. Mən danışmıramsa və bu, əgər pisdirsə, 6 dəfə məni seçməsinlər də…
Mən də sabahdan başlasam danışmağa, maraqlıdır ki, o zaman nə deyəcəklər..”.
Həqiqət də Madər Musayev haqlıdır. Elşən Musayev kimi,  Araz Əlizadə kimi, Naqif kimi danışmaqdansa, susmaq min dəfə yaxşıdır. Bir də həqiqətən deputatın danışmaması, müzakirələrə qatılmaması pisdirsə, niyə 30 ildir kişiyə mandat verib göndərirlər Milli Məclisə?
Bu suala əlbəttə, Madər Musayevi deputat edənlər cavab verməlidir./AzPolitika