"Damdayatan Nizam"ın daha bir qızı tutuldu - AİLƏNİN NARKOTİK BİZNESİ

10/01/2019 - 11:13 2 401 0   0  

Bakıda narkotik alverçisi "Damdayatan Nizam"ın qızı Lamiyə Quliyeva və Ceyhun İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, həmin şəxslərin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əliövsət Abasovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.
Daha sonra C.İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.
Xatırladaq ki, L.Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. S.Səmədova da hazırda həbsdədir. Onun cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.