Daha bir tikinti şirkətindən Prezident Administrasiyasına şikayət edildi - VİDEOGİLEY

08/02/2019 - 17:30 11 497 0   0  

Təəssüflər olsun ki, mənzil alıcıları tez-tez fırıldaq halları ilə rastlaşırlar. İllərlə toplanılan pulları insanlar mənzilin alınmasına yönəldirlər, amma sonda məlum olur ki,tikinti şirkəti bir evi bir neçə nəfərə satıb.Tikinti şirkətlərinin qanunsuz əməllərinin qurbanlarından biri də Xəqani Tofiq oğlu Zeynalovdur. Xəqani Zeynalov hal-hazırda Bakı şəhəri,Xətai rayonu,məhəllə 23 4748,ev 172-də yaşayır. Problemi ilə bağlı BÖLGƏ TV-yə müraciət edən şikayətçi bildirir ki, 2015-ci ildən evi “Əzizbəy KM” -MMC -dən alıb:”Evin bütün sənədləri də qaydasındadır və çıxarışları da var.2017-də bir nəfər bildirdi ki,ev ona da satılıb”. Evi 77000 manata alan və onun təmirinə 35 min manat xərcləyən Xəqani Zeynalov başına gələn problemlə bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.Mübahisəli məsələ məhkəməyə gətirib çıxarıb.Onun bildirdiyinə görə sənəddə evin ona məxsus olması göstərilsə də məhkəmə hansı səbəblərdənsə sənədi saxta olan qarşı tərəfin- tərəfin xeyrinə qərar çıxarıb. 
Xatırladaq ki, 2014 –cü ildə “Əzizbəy-KM” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri faktına görə başlanmış cinayət işi açılmşdır və onlar onların sifarişi ilə inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satdıqlarına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs edilmişlər.
BÖLGƏ TV–yə müraciət edən Xəqani Zeynalov bildirir ki,əgər o evindən çıxarılarsa küçədə qalacaq,çünki onun qalmağa başqa yeri yoxdur.Onun dediyinə görə bütün kommunal xidmətlərə,qaza,işığa,suya görə ödəniş üçün gələn qəbzlər də onun adına gəlir.
Qeyd edək ki, adıçəkilən bina əvvəl «Etalon - İnşaat MTK»-nin balansında olub.Sonradan ləğv olunub, hazırda bina «Əzizbəy K.M» MMC-nin balansındadır.Maraqlıdır ki,“Əzizbəy KM” -MMC –nin direktor müavini məsələ ilə bağlı BÖLGƏ TV –yə açıqlamsında özü də etiraf edir ki,evin qanuni sahibi rəsmən Xəqani Zeynalovdur və o bunu öz imzası ilə təsdiq edib. “Xəqani Zeynalov mənili ikinci alan adamdır.Birinci alan başqa adamdır ,o mənzili «Etalon - İnşaat MTK»-dan alıb və onun sənədi saxtadır.Sadəcə Xəqani ilkin məhkəmədə uduzub.“Əzizbəy-KM”-nin rəhbərliyi məhkəmədə qarşı tərəfi udmuşdu və evi Xəqani Zeynalova tam qanuni müqavilə əsasında satıb.Sonradan rəhbərlik həbs olundu və məsələ bu hala gəldi.”
Qeyd edək ki,Xəqani Zeynalov “Əzizbəy-KM” MMC-dənı artıq Prezident Administrasiyasına şikayət edib.