Daha bir müxalifətçi həbs olundu

05/12/2018 - 19:14 514 0   0  

Müxalif Azərbaycan Demokratiya və Rifah Hərəkatı İdarə Heyətinin üzvü Hüseyn Məlik həbs olunub.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, müxalifətçi dekabrın 4-ü axşam saatlarında həbs olunub.

Qohumlarının sözlərinə görə, H.Məlikə  25 sutkalıq həbs cəzası verilib.

Həbsin səbəbləri barədə məlumat verilmir.