Daha 11 hərbçi saxlanıldı - FETÖ Əməliyyatı

21/12/2018 - 19:11 1 615 0   0  

Türkiyədə Fətullah Gülən hərəkatı - FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Bursa vilayətində 11 hərbçi həbs edilib.

Yerli mətbuat yazır ki, həbs edilənlərin hamısının terror hərəkatı ilə sıx əlaqədə olduqları və hərbi hissələr barədə məlumatları ötürdükləri aşkarlanıb.

Qeyd edək ki, daha öncə FETÖ terror təşkilatına qarşı əməliyyatlar çərçivəsində İstanbulda 103, Ankarada isə 188 hərbçi saxlanılıb.