"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mövcud müzakirə formatı qorunmalıdır, yeni bir şey yaradılmalı deyil". - Johannes Hahn

06/03/2019 - 22:53 4 675 0   0  

Avropa Qonşuluq Siyasəti və Genişləndirmə üzrə Müzakirə Komissarı Johannes Hahn Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırkı danışıqlar formatının qorunub saxlanılacağını düşünür. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Hahn bildirib.Yeni erməni baş nazirin səlahiyyət müddətində xarici işlər nazirliyi də daxil olmaqla yeni müzakirələr keçirmək mümkündür. Bu artıq irəliləyişdir.Münaqişənin həll prosesi  AŞ. yardımına əsasən aparıldığına görə  mövcud formatın saxlanılmasının  gərəkdiyini və yeni bir şey yaradılmasına ehtiyac olmadığını düşünürəm. Müxtəlif sahələrdə ölkələr arasında əməkdaşlığı necə inkişaf etdirə biləcəyimizi müzakirə etməliyik. Bunun üçün imkanlar vardır və hesab edirəm ki, regiondakı  vəziyyəti daha da yaxşılaşdırmaq üçün şərait olduqca əlverişlidir. Biz münaqişənin həllini dəstəkləyirik, ancaq tərəflərin xahişi ilə. Tərəflər necə işlədiyini bilirlər ", - Hahn deyib.