Dağıstanla Azərbaycanı daimi dəmir yolu birləşdirəcək

31/10/2018 - 23:25 9 598 0   0  

Dağıstanla Azərbaycan arasında daimi dəmir yolu xətti fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev deyib:

"Bizim böyük nəqliyyat imkanlarımız var. Bakı ilə daimi dəmir yolu əlaqəsi quracağıq. Bu layihənin xalqın mənafeyinə çalışması üçün heç bir maneə görmürəm. Və bu bizim iqtisadiyyatımızı da inkişaf etdirəcək".

2018-ci ilin aprel ayının əvvəlində Dağıstan və Rusiya Dəmir Yolu rəsmiləri Mahaçqala-Bakı marşrutu üzrə yeni dəmir yolu xətti layihəsini nəzərdən keçiriblər.

Hazırda Moskva-Bakı, Rostov-Bakı və Xarkov-Bakı istiqamətləri üzrə qatarlar Mahaçqaladan keçməklə hərəkət edir.