Çərşənbə tarixləri bəlli oldu

30/01/2019 - 19:11 4 630 0   0  

2019-cu ildə Azərbaycanda Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər məlum olub.

Suveren.az AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, ilk olaraq, fevralın 26-da Su çərşənbəsi olacaq. Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu - Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək.

Bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Günəş cənub yarımkürəsindən şimal yarımkürəsinə daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşməsi baş verəcək.

Qeyd edək ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 martda istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək.