Corc Soros Ermənistanı dəstəkləməyə səslədi

02/02/2019 - 21:16 835 0   0  

Məşhur milyarder, bir çox inqilabların sponsoru Corc Soros özünün “Twitter” mikobloqunda Ermənistanda vəziyyətin inkişafı ilə bağlı öz düşüncələrini paylaşıb.

Suveren.az xəbər verir ki, Soros yazıb: “Ermənistanda vətəndaş cəmiyyətinə güclü dəstək ölkənin demokratik indisi və gələcəyi üçün həyati əhəmiyyətə malikdir”.

Eyni zamanda, Soros jurnalist Tatevik Xaçatryanın “ABŞ Ermənistandakı gənc demokratiyanı necə dəstəkləyə bilər” adlı məqaləsinə keçid paylaşıb. Həmin məqalədə müəllif ələlxüsus məxməri inqilabdan sonra Ermənistanın sonrakı inkişaf imkanlarını təsvir edir.