CNN Trampı məhkəməyə verdi - Video

13/11/2018 - 20:10 5 329 0   0  

CNN telekanalı ABŞ prezidenti Donald Trampı jurnalist Cim Akostanın Ağ Evə girişini qadağan etdiyi üçün məhkəməyə verib.

Suveren.az-ın məlumatına görə, bu barədə telekanalın açıqlamasında bildirilir.

Qeyd olunur ki, prezidentlə birlikdə onun bəzi köməkçilərinə qarşı da dava açılıb.

Xatırladaq ki, noyabrın 7-də Ağ Evdə D. Trampın iştirakı ilə keçirilən mətbuat konfransında CNN müxbiri Cim Akosta prezidentə ABŞ-a sığınan mühacirlər və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı aparılan araşdırma haqqında sual ünvanlamış və sərt cavabla üzləşmişdi.

ABŞ prezidenti “İmkan ver ölkəni özüm idarə edim. CNN-i də sən idarə et” dedikdən sonra çıxışına davam edən jurnalistə əsəbiləşərək “Sən çox kobud və bərbad bir insansan. CNN-də yalan xəbərlər yayımladığınız üçün də xalqın düşmənisiniz” şəklində reaksiya göstərmişdi.

Baş vermiş qalmaqaldan sonra Akostanın Ağ Evdə akkreditasiya kartı gizli xidmət əməkdaşları tərəfindən əlindən alınmışdı.