Cəlilabadda yol qəzası baş verib

05/02/2019 - 21:11 760 1   0  

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 1967-ci il təvəllüdlü Natiq Möhübbət oğlu Ağayev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.