Cəlilabadda kütləvi dava olub, xəsarət alan var

25/03/2019 - 17:38 538 0   0  

Cəlilabad rayonunda kütləvi dava olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.