Çinin əhalisi azalmağa başlayıb - 70 ildə ilk dəfə

04/01/2019 - 16:05 1 801 0   0  

“AzPolitika” xarici mətbuata istinadla xəbər verir ki, Çinin əhalisi son 70 ildə ilk dəfə azalmağa başlayıb. Statistik məlumatlara görə, 2018-ci ildə 2017-ci illə müqayisədə yeni doğulan uşaqların sayı 2.5 milyon nəfər azalıb. Halbuki, rəsmi qurumlar bu göstəricinin 790 min nəfər artacağını gözləyirdilər.

Mütəxəssislər bu tendensiyanı Çində dünyaya uşaq gətirəcək yaşda olan qadınların sayının azalması, eləcə də təhsil, səhiyyə və digər sahələr üzrə xərclərin artması ilə əlaqələndirirlər.

Xatırladaq ki, 1979-cu ildən etibarən əhali artımının qarşısını almaq üçün Çində “Bir ailə-bir uşaq” prinsipinə söykənən qadağa tətbiq olunmağa başlamışdı. 2016-cı ildə həmin qadağa qismən aradan qaldırılsa da, əhalinin sayı artmaq əvəzinə azalmağa başlayıb.

Qeyd edək ki, 2017-ci ilin nəticələrinə görə, bu nəhəng ölkədə 1.39 milyard insan yaşayır. Ötən il ərzində isə Çin əhalisi 1.27 milyon nəfər azalıb