Bu şəhər 2019-cu ilin “Gənclər Paytaxtı” seçilib

01/02/2019 - 23:56 6 292 0   0  

Şamaxı şəhəri 2019-cu ilin “Gənclər Paytaxtı” seçilib.

www.genclerpaytaxti.az saytı vasitəsilə yanvarın 25-dən onlayn keçirilən səsvermə yanvarın 31-də başa çatıb.

Səsverməyə əsasən Şamaxı şəhəri 30,1% səslə birinci yeri tutub.

Digər rayonların topladığı səsləri təqdim edirik:

Lənkəran rayonu 25.6%

Kürdəmir rayonu 11.5%

Tovuz rayonu 7.3%

Masallı rayonu 4.1%

Şirvan şəhəri 3.8%

Şəki şəhəri 2.9%

Sumqayıt şəhəri 2.1%

Mingəçevir şəhəri 1.6%

Astara rayonu 1.6%

Sabirabad rayonu 1.5%

Ağcabədi rayonu 1.3%

Xaçmaz rayonu 1.1%

Zaqatala rayonu 1.0%

Oğuz rayonu 0.8%

Ağstafa rayonu 0.7%

Qax rayonu 0.6%

Qəbələ şəhəri 0.6%

Qusar rayonu 0.6%

Gədəbəy rayonu 0.6%

Qeyd edək ki, səsvermənin nəticəsi 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunacaq tədbirdə rəsmən elan ediləcək.