Bu prospektdə tıxac yarandı - SƏBƏB yol qəzası

07/01/2019 - 18:51 2 143 1   0  

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, hadisə Nobel prospektində baş verib:
"Bir qədər əvvəl Nobel prospektində (Luna Parkın qarşısı şəhər mərkəzi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hazırda prospektin qeyd edilən hissəsində tıxac müşahidə edilir".